12 C
Baku
Cümə axşamı, May 26, 2022

İran dondurulmuş xarici fondlara çıxış əldə edib

İran, ABŞ-ın sanksiyaları səbəbindən xarici hesablarda dondurulmuş aktivlərinin xeyli hissəsinin azad olunması haqqında razılıq əldə edib.

Bu barədə İranın İRİ dövlət informasiya agentliyi məlumat yayıb.

ABŞ-ın keçmiş Prezidenti Donald Trampın vaxtında tətbiq edilən sanksiyalar neft satınalmasından əldə olunmuş, vaxtı keçmiş ödənişlərə çıxış əldə etməsinə imkan verməyib. Vəsaitin, təxminən, 7 milyard ABŞ dolları həcmində hissəsi 2 Cənubi Koreya şirkətinin hesablarında qalıb.

İran Bayden administrasiyası ilə danışıqlarda dondurulmuş aktivlərin azad edilməsinə çalışırdı. ABŞ isə danışıqların uğurlu olacağı təqdirdə Cənubi Koreyaya bu vəsaitləri İrana qaytarmağa icazə vermişdi.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə Vyanada aparılan danışıqlara mart ayının əvvəllərində fasilə verilib.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər