İran pilotsuz uçuş aparatları və digər silahlarını ixrac etmək niyyətini açıqlayıb.
Bunu İran Quru Qoşunlarının komandanı Kiomars Heydəri deyib.
“İran dost ölkələrə hərbi texnika və silah ixrac etməyə hazırdır”, – deyə o, bildirib.
General, həmçinin İran ordusundakı struktur dəyişikliklərindən danışıb ki, bu da yerli silahların dəqiqliyini və atış məsafəsini yaxşılaşdırmaq üçün tez bir zamanda təkmilləşdirməyə imkan verəcək.
Xatırladaq ki, son bir neçə gündə yayılan məlumatlara görə, İran Rusiyaya pilotsuz uçuş aparatları tədarük etməyi planlaşdırır.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, İran Rusiya ordusuna pilotsuz uçan aparatları təhvil vermək qərarına gələrsə, ölkəyə qarşı dərhal yeni sanksiyalar tətbiq ediləcək.