15 C
Baku
Thursday, March 28, 2024

İran Dünya Bankından 90 milyon dollar kredit alıb

İran Dünya Bankından COVID-19 ilə mübarizədə istifadə etmək üçün 90 milyon dollar kredit alıb.

Bu barədə İqtisadiyyat Nazirliyinin İnvestisiya və Texniki Yardım Təşkilatının rəhbəri Əli Fikri məlumat verib.

O bildirib ki, ABŞ və İsrailin etirazlarına baxmayaraq, Dünya Bankının İrana COVID-19 ilə mübarizə üçün kreditin ayrılmasına razılıq verib.

İran rəsmisi bildirib ki, kredit çərçivəsində COVID-19 ilə mübarizə üçün lazım olan bütün tibbi avadanlıq və dərmanlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tədarük edilərək İrana çatdırılacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər