İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətindədir.
Bunu İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Rəisi bu ilin bir neçə ayı ərzində Ermənistanla İran arasında ticarət dövriyyəsinin 43% artdığını deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə öz növbəsində Tehranda danışıqların əsas mövzularının enerji, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq olduğunu söyləyib.
Hazırda İran Ermənistana təxminən 400 milyon kubmetr qaz ixrac edir, bunun müqabilində Ermənistan hər kubmetr qaz üçün 3 kVt/saat elektrik enerjisi verir. İmzalanan memoranduma əsasən, barter əməliyyatı 2030-cu ilə qədər uzadılıb.
Qeyd edək ki, bu ilin 8 ayı ərzində Ermənistanla İran arasında ticarət dövriyyəsi təxminən 430 milyon dollar təşkil edib.