İran Filippin gəmilərinə Hörmüz boğazından keçidə icazə verib

İran hakimiyyəti Filippin bayrağı altında üzən gəmilərə Hörmüz boğazından maneəsiz keçid imkanı yaradacaq. Bu barədə iki ölkənin xarici işlər nazirlərinin telefon danışığından sonra Filippin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Telefon danışığı zamanı İranın xarici işlər naziri Filippin bayrağı altında üzən gəmilərə Hörmüz boğazından təhlükəsiz, maneəsiz və sürətli keçid təmin ediləcəyinə zəmanət verib”, — deyə Filippin XİN-in bəyanatında (Inquirer-ə istinadla) bildirilir.

Nəşrin məlumatına görə, Filippin prezidenti Ferdinand Markos Jr. Xarici İşlər Nazirliyinə İranla Hörmüz boğazından keçidin təmin olunması məsələsini işləməyi tapşırıb. Onun göstərişi ilə XİN rəhbəri Tereza Lazarо və energetika naziri Şaron Qarin çərşənbə günü Filippindəki İran səfiri Yusif Esmailzadə ilə görüşüblər. Görüş zamanı diplomat Filippinlərin rəsmi şəkildə “düşmən olmayan” ölkə kimi tanınmasını xahiş edib ki, ölkəyə yönələn gəmilərin təhlükəsiz keçidi təmin olunsun. Prezident sarayının mətbuat katibi Kler Kastro bildirib ki, İran “Filippinlərin konkret sorğularının təmin olunmasına kömək etməkdə qətiyyətli olduğunu təsdiqləyib”.

Martın 23-də Filippin prezidenti sabit neft tədarükünü təmin etmək üçün böhran komitəsinin yaradılması barədə göstəriş verib, martın 24-də isə ölkədə energetika sahəsində fövqəladə vəziyyət elan edib. Ölkə həmçinin sanksiyalar altında olan dövlətlərdən neft almaq üçün ABŞ-dan istisnalar istəyib.

Son xəbərlər
Digər xəbərlər