İran İslam Respublikası koronavirusun “omikron” ştamı ilə mübarizə tədbirləri çərçivəsində Fransa, Britaniya, Danimarka və Norveçdən ərazisinə girişi qadağan edib.
Bu barədə “Haber Global” xəbər verir.
İranın rəsmi mətbuatına yayılan xəbərə görə, bu ölkələrdə yaşayan və ya tranzit uçuşlar həyata keçirən şəxslərin İslam Respublikasına girişi qadağan edilib.
Xatırladaq ki, Fransa, Britaniya, Danimarka və Norveçdə koronavirusun “omikron” ştamına yoluxma halları kəskin surətdə artır. Məsələn, təkcə Böyük Britaniyada koronavirusa yoluxanların 90%-dən çoxu “omikron” ştamı ilə bağlıdır. Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə, ötən gün ərzində koronavirusa rekord sayda – 183 min yoluxma qeydə alınıb.