13 C
Baku
Tuesday, May 21, 2024

İran Fransaya yeni səfir təyin etdi

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Fransadakı yeni səfiri Məhəmməd Əminnejadı qəbul edib.

Bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüşdə Abdullahian İranının dünyanın müxtəlif ölkələri və regionları ilə əlaqələrinin inkişaf etdirilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, səfir Əminnejad bundan əvvəl İranın Niger, Fil Dişi Sahili və Zimbabvedəki səfiri, Albaniyadakı müvəqqəti işlər vəkili, İranın Belçikadakı səfirinin və Avropa İttifaqı yanında daimi nümayəndəsinin müavini, XİN-in İkinci Qərbi Avropa İdarəsinin və Afrika İdarəsinin rəisi vəzifələrində çalışıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər