1 C
Baku
Monday, March 2, 2026

İran hakimiyyəti ABŞ-la danışıqlar aparmayacağını bəyan edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, Tehran ABŞ ilə danışıqlar aparmayacaq.

Siyasətçi bu barədə “X” sosial şəbəkəsində yazıb. O, “The Wall Street Journal” nəşrində yayımlanan və Laricaninin Vaşinqtonla dialoqu bərpa etməyə cəhd göstərdiyi iddiasına cavab verib. Qəzetin məlumatına görə, o, diplomatik məsləhətləşmələrin yenidən başlanması təşəbbüsünü Oman vasitəsilə çatdırıb.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranla yeni danışıqların başlandığını bəyan etmişdi. Lakin o, İran rəhbərliyindən konkret olaraq kimin danışıqlarda iştirak etdiyini və hansı mövzuların müzakirə olunduğunu dəqiqləşdirməyib.

Son xəbərlər
Digər xəbərlər