6 C
Baku
Sunday, December 15, 2024

İran HHM üçün avadanlıqlar ixrac etməyi planlaşdırır

“İran texniki tərəqqinin elə bir səviyyəsindədir ki, hava hücumundan müdafiə avadanlıqlarını ixrac edə bilir”.

Bunu İran Ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı Əlirza Səbahifərd deyib.

Onun sözlərinə görə, əvvəllər İranda hava hücumundan müdafiə texnikası az idi və ölkə bu məsələdə tamamilə əcnəbilərdən asılı idi, amma indi vəziyyət xeyli dəyişib.

Qeyd olunub ki, son illər İran xarici sanksiyalara baxmayaraq, daxili hərbi-sənaye kompleksinin inkişafı istiqamətində addımlar atır. 2022-ci ilin noyabrında təkmilləşdirilmiş uzaqmənzilli “Bavar-373” zenit-raket kompleksinin (ZRK) təqdimatı olub. “Bavar-373” HHM sistemində hədəf aşkarlama məsafəsi 350 km-dən 450 km-ə qədər yüksəldilib. “Sayad-B4” raketinin uçuş məsafəsi və döyüş hündürlüyü müvafiq olaraq 200 km-dən 300 km-ə və 27 km-dən 32 km-ə yüksəldilib.

Son xəbərlər
Digər xəbərlər