21 C
Baku
Saturday, June 10, 2023

İran hökuməti bir sıra vergi islahatlarına başlayır

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndəsinin məruzəsinə əsasən, İran hökuməti öz gəlir bazasını ümumi daxili məhsulun 7 faizindən 10 faizinə qaldırmaq üçün bir sıra vergi islahatları aparmağı planlaşdırıb.

BVF-nin açıqlamasında bildirilib ki, İran vergi bazasını genişləndirməli, inzibatçılığı təkmilləşdirməli, eləcə də aksiz vergilərinin əhatə dairəsini artırmalı və bu verginin dərəcəsini qaldırmalıdır. BVF-nin mövqeyinə görə, əlavə dəyər vergisinin qaldırılması 2018-2019-cu il üzrə korporativ vergi güzəştlərinin tətbiqi, eləcə də fərdi gəlirlərdən tutulan verginin dərəcəsinin azaldılması sayəsində itirilmiş gəlirlərin kompensasiya edilməsinə şərait yaradacaq. BVF-nin məruzəsində deyilir ki, İran öz vergi orqanını yenidən təşkil etməli və vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə ciddi əməl olunması səviyyəsinin yüksəldilməsi məqsədilə risklərin idarə edilməsi bölməsini yaratmalıdır.

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər