İran yuanla hesablaşmalara keçilməsi şərti iilə məhdud sayda neft tankerinin Hörmüz boğazından keçməsi mümkünlüyünü nəzərdən keçirir.
Bu barədə CNN telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.
ABŞ və İsrail fevralın 28-də hərbi əməliyyata başladıqdan sonra İran Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb və dəniz dəhlizini keçməyə çalışan gəmilərə hücum etməyə başlayıb.
“Financial Times”ın məlumatına görə, bir neçə Avropa ölkəsi, o cümlədən Fransa və İtaliya öz gəmilərinin boğazdan təhlükəsiz keçidinə zəmanət verilməsi ilə bağlı İranla danışıqlara başlayıb.






