21 C
Baku
Sunday, June 22, 2025

İran Hörmüz boğazını bağlayır, bu, niyə hamını narahat edir? – Neft 200$-a çata bilər!

İran parlamenti Hörmüz boğazının bağlanmasını rəsmi şəkildə təsdiqlədi — bu, 1972-ci ildən bəri ilk dəfə baş verir.

Əgər bu qərar İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənsə, gündəlik 20 mln. bareldən çox neftin daşınmasına təsir göstərəcək.

Banker.az olaraq bazarlarda öncədən nələr baş verə biləcəyini izah edəcəyik.

Hörmüz boğazı Oman və İran arasında yerləşir və Fars körfəzini Oman körfəzi və Ərəb dənizi ilə birləşdirir. Bu boğaz dünya üzrə istehlak olunan neft məhsullarının təxminən 20%-nin nəqli üçün əsas keçiddir. Başqa sözlə, hər gün dünya üzrə istehlak olunan neftin beşdə biri buradan keçir.

ABŞ-ın ötən gecə İrana hava zərbələri endirməsindən sonra 50-dən çox iri neft tankeri Hörmüz boğazını tərk etməyə çalışıb.

Bazarlar hələ açılmayıb, lakin təklifin dərhal azalması səbəbindən qiymətlərin artacağı gözlənilir.

“JP Morgan” bu ssenarini İsrail-İran müharibəsində “ən pis hal” adlandırırdı. “JP Morgan”ın hesablamalarına görə, Hörmüz boğazının bağlanması neft qiymətlərini bir barel üçün 120-130 ABŞ dollarına qədər qaldıra bilər.

Bu isə ABŞ-da illik inflyasiyanı təxminən 5%-ə yüksəldə bilər. ABŞ-da inflyasiya son dəfə 2023-cü ilin martında 5%-ə çatmışdı və o zaman FED faiz dərəcələrini kəskin şəkildə artırırdı. Qeyd etdiyimiz kimi, enerji qiymətləri birbaşa inflyasiya təsir göstərir.

GuDXcIIWsAAvQu9

FED-in bir araşdırmasına görə, neftin qiymətində hər 10 dollarlıq artım inflyasiyanı 0.20 faiz bəndi yüksəldə bilər. Neft qiymətləri artıq aprel ayından bəri təxminən 20 dollar artıb və bu, təxminən 0.40 faiz bəndi əlavə inflyasiya deməkdir.

Aşağıda Hörmüz boğazından keçən neftin mənşə və istiqamətləri göstərilir.

3424

2024-cü ildə Səudiyyə Ərəbistanından ixrac olunan xam neft və kondensat bu boğazdan keçən ümumi neft axınının 38%-ni (gündə 5.5 milyon barel) təşkil edib. Hətta ABŞ və Aİ də bu boğaz vasitəsilə neft alır.

Bəs niyə alternativ marşrut yoxdur?

Çünki Hörmüz boğazı Küveyt, Qatar, Bəhreyn və Səudiyyə Ərəbistanının böyük hissəsi üçün yeganə dəniz çıxış yoludur. Bu ölkələrin başqa birbaşa dəniz yolu yoxdur, yalnız məhdud kəmər sistemləri mövcuddur.

GuDYsQtXQAAXnou

Hesablamalara görə, təxminən 6.5–7.5 milyon barel gündəlik hasilat kəmərlərlə yönləndirilə bilər. Lakin bu belə olsa belə, təxminən 65% azalma deməkdir — bu isə qlobal təchizatın 13%-i deməkdir.

Bəzi analitiklərə görə, uzunmüddətli bağlanma baş verərsə, neft qiymətləri 150-200 dollar/barel səviyyəsinə qalxa bilər.

 

Neft bazarları artıq qismən bu riskləri qiymətlərə daxil edib. 13 iyundan etibarən Hörmüz boğazındakı yükləmələr getdikcə azalsa da, hələlik tam bağlanma baş verməyib. Əgər bu baş versə, faiz artırımları geri qayıda bilər. İndi diqqətlər İranın Ali Təhlükəsizlik Şurasına yönəlib. Bu şuranın qərarından sonra son söz İranın Ali Lideri Xameneiyə aiddir.

 

Əgər Xamenei də Hörmüz boğazının bağlanmasını təsdiqləsə, bu, son 50 ildə ilk rəsmi bağlanma olacaq.

Bundan əlavə, Rusiya da gərginliyi artırır. Bu səhər Dmitri Medvedev bəyan edib ki, bir sıra ölkələr İrana nüvə başlıqları təchiz etməyə hazırdır.

O, həmçinin bildirib ki, ABŞ zərbələri nəticəsində İranın nüvə silahı istehsalı davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər