İran Hörmüz boğazının açılması üçün şərtləri açıqlayıb

İran Silahlı Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkrəminiya bildirib ki, Hörmüz boğazı hərbi təhdid və ya təzyiq nəticəsində açılmayacaq.

“ABŞ-nin İslamabadda imzalanmış qarşılıqlı anlaşma memorandumunun şərtlərinə əməl etməsi, bütün hərbi əməliyyatların dayandırılması və İranın suveren hüquqlarına hörmət göstərilməsi Hörmüz boğazının açılması üçün əsas şərtlərdir”, — o bildirib.

Mehr agentliyinin məlumatına görə, Əkrəminiya qeyd edib ki, “İranın iradəsi nəzərə alınana qədər Hörmüz boğazı bağlı qalacaq”.

Onun sözlərinə görə, Tehran ABŞ və müttəfiqlərinin Hörmüz boğazında İslamabadda razılaşdırılmış memorandum çərçivəsindən kənar atdığı istənilən addımı İranın suverenliyinin pozulması kimi qiymətləndirəcək və bu cür addımlar Silahlı Qüvvələr tərəfindən qarşısı alınacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər