İran Hörmüzdən keçən gəmilərə görə rüsumları kriptovalyutada ala bilər

İran Hörmüz boğazından keçən hər barel neftə görə tranzit rüsumunu kriptovalyutada almağı planlaşdırır.

Bu barədə “The Financial Times” nəşri İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi Həmid Hüseyniyə istinadən məlumat yayıb.

“İran boğaza daxil olan və çıxan yüklərə nəzarət etməlidir ki, bu iki həftə silah daşınması üçün istifadə olunmasın”, – Hüseyni qeyd edib.

Onun sözlərinə görə, hər bir tanker hakimiyyət orqanlarına elektron məktub göndərməklə öz yükü barədə bildirməlidir. Bundan sonra isə İran onları rüsum barədə məlumatlandıracaq. Rüsum rəqəmsal valyutalarda ödənilməlidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər