İran ilə Kuba birgə vaksin istehsal edəcəklər

İranda koronavirus pandemiyasının 4-cü dalğası da tədricən səngiməkdədir və bağlanılan bir sıra müəssisələri açmaq olar.

Bu sözləri Prezident Həsən Ruhani Koronavirusla mübarizə qərargahında keçirdiyi iclasda deyib. O bildirib ki, İran xalqı və dövləti bu bəlanı da atladacaq. İclasdan sonra qərargahın mətbuat katibi Əlirza Rəisi bildirib ki, hazırda İranın 46 vilayəti qırmızı zonaya daxildir. Bu günə kimi isə qırmızı zonaya 301 vilayət daxil idi. Qırmızı zonaya daxil olmayan böyük şəhərlərdə ticarət mərkəzləri, bazarlar və məscidlərin fəaliyyətinə bu gündən icazə veriləcək.

İranın Səhiyyə Nazirliyinin məlumatına görə son 24 saat ərzində 13 min 576 nəfər virusa yoluxub, 283 nəfər isə vəfat edib. Bununla da yoluxanların ümumi sayı 2 milyon 640 min 670, ölənlərin sayı isə 74 min 524-ə çatıb. Eyni zamanda 2 milyon 92 min 381 nəfər müalicə alaraq sağalıb.

Nazirliyin açıqlamasında o da nəzərə çatdırılıb ki, İran ilə Kuba mütəxəssisləri Tehranda birgə vaksin istehsalına başlayacaqlar. Bunun üçün artıq lazım olan avadanlıqlar da İrana gətirilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.