6 C
Baku
Sunday, December 15, 2024

İran ilə Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi yaradılacaq

İran ilə Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsinin açılması iki qonşu və dost dövlətin iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.

Bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi deyib. Təbrizdə jurnalistlərin suallarını cavablandıran vali bildirib ki, yeni gömrük-keçid məntəqəsi Azərbaycanın işğaldan azad olunan ərazisində – Xudafərin körpüsünün yanında açılacaq.

Onun sözlərinə görə, bunun üçün lazım olan tədbirlər artıq həyata keçirilib. Hər iki dövlətin rəsmi şəxsləri yeni gömrük-keçid məntəqəsinin yaradılmasını diqqət mərkəzində saxlayırlar: “Yeni məntəqə xalqların və dövlətlərin maraqlarını əks etdirir. Hər iki dövlətin regionları arasındakı əlaqələrin inkişafı sərhədyanı bölgədə yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək”.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər