İran bu ilin sonuna qədər kosmosa ən azı iki peyk buraxacaq.
Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur bildirib.
Kosmosa buraxılacaq peyklərə “Nahid1” və “Nahid2” adı verilib. İranlı nazir qeyd edib ki, növbəti peyklər buraxılmaq üçün hazırlıq mərhələsindədir.
“Nahid” İranın Kosmik Tədqiqatlar İnstitutu tərəfindən qurulan telekommunikasiya peykləridir. Peyklərdən birincisi 2015-ci ildə təqdim edilib.