İran ilk hipersəs ballistik raketlər hazırlayır.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib.
Məlumata görə, artıq ölkədə ilk hipersəs ballistik raketlərinin istehsalı üçün hazırlıqlar başlayıb.
SEPAH komandiri general Əmir-Əli Hacızadənin sözlərinə görə, İran raketləri ən yeni hava hücumundan müdafiə sistemlərindən yan keçməyə qadirdir.
O bildirib ki, hipersəs raketinin maksimal sürəti saatda, təxminən 6 min kilometrdir.
Qeyd edək ki, SEPAH komandiri bu bəyanatı İranın Rusiya ordusuna yaxınmənzilli ballistik raketlər ötürməsi ilə bağlı son məlumatlar fonunda verib.