15 C
Baku
Wednesday, April 24, 2024

İran “Instagram”ı qadağan edir

İran “Facebook” və “Twitter” sosial şəbəkələrindən sonra “Instagram” sosial platformasının da istifadəsini yasaqlayıb.

Banker.az bildirir ki, bu barədə İran məhkəməsi qərar çıxarıb, ancaq onun tətbiqi hələlik yubadılır.

İran baş prokurorunun müavini Cavad Cavidniya bildirib ki, hökumət platformanı filtrləmək qərarı alıb, ancaq çəkilən xərclərə rəğmən, nəticə almaq mümkün olmayıb.

“Hazırda bu sosial platformaya çıxışın əngəllənməsi üçün lazımi məhkəmə qərarı var. Kiberaləm Yüksək Şurası bu sosial şəbəkəsinin qapadılması yönündə həmfikirdir”, – Cavidniya bildirib.

O qeyd edib ki, “Instagram”ın istifadəsi üçün ölkə hökuməti tərəfindən lazımi icazələr verilməyib, ona görə də birtərəfli şəkildə şəbəkənin bağlanmasına qərar vermək hüququna malikdir:

“Bu yöndə ortaq anlayışın formalaşmasını gözləyirik. Bunun faydasının olmadığını görsək, İran Baş Prokurorluğu lazımi addımları atacaq”.

Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər