6 C
Baku
Thursday, November 7, 2024

İran İordaniya və Misirlə müzakirələrə başlayıb

İraqın vasitəçiliyi ilə Bağdadda İranın İordaniya və Misirlə ayrı-ayrılıqda müzakirələri başlayıb.

Bunu İraqın xarici işlər naziri Fuad Hüseyn deyib.

O müzakirələrin detalları barədə açıqlama verməyib.

Qeyd edək ki, İran və Misir arasında münasibətlər 1979-cu ildən Kemp-Devid müqaviləsindən sonra kəsilmişdi.

Ölkələr arasında münasibətlər sabiq prezident Məhəmməd Xatəminin prezidentliyi dövründə nisbətən bərpa olunmuşdur. İki ölkənin müvəqqəti işlər vəkili Tehran və Qahirədə fəaliyyət göstərir.

İran və İordaniya arasında münasibətlər isə İran İslam inqilabından sonra xüsusilə İordaniyanın İran-İraq müharibəsi dövründə Səddam Hüseynə dəstək olması, münasibətlərin daha da pisləşməsinə səbəb olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər