16 C
Baku
Friday, November 22, 2024

İran iqtisadiyyatı 2 dəfə kiçilib

İran iqtisadiyyatında artım ötən illə müqayisədə təxminən iki dəfə azalıb.

Bu barədə İran Mərkəzi Bankının son hesabatında bildirilib.

Hesabata əsasən, bu ilin yazında iqtisadiyyatın inkişafı 3,2 faiz təşkil edib, 2023-cü ilin uyğun dövründə isə bu rəqəm 5,7 faiz olub.

Məlumata görə, bu, ölkənin iqtisadi artımının əhəmiyyətli dərəcədə azalması, neft məhsullarının əlavə dəyərinin iki dəfə ucuzlaşması ilə bağlıdır. Bildirilib ki, ötən ilin yazında bu sahə üzrə artım 16,5 faiz, bu ilin hesabat dövründə isə 9,5 faiz təşkil edib.

Beynəlxalq Valyuta Fondunun (BVF) dəyərləndirməsinə əsasən, ötən il İranda iqtisadi artım 4,7 faiz olub. Cari il bu rəqəm 3,3 faizə, gələn il isə 3,1 faizə qədər azalacaq.

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian bildirmişdi ki, iqtisadiyyatda 8 faiz artım əldə etmək üçün 200 milyard dollar sərmayəyə ehtiyac var: “Ölkə üzrə ümumi sərmayə isə yüz milyard dolları keçmir. Ona görə də bizim yüz milyard dollar xarici sərmayəyə ehtiyacımız var”.

BMT-nin statistikasına əsasən, ötən il İran hakimiyyəti iqtisadiyyata 1,5 milyard dollar birbaşa xarici sərmayə cəlb edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər