7 C
Baku
Sunday, December 15, 2024

İran işlənmiş avtomobil idxal etməyə başlayır

İranda avtomobilə olan tələbatı ödəmək mümkün deyil.

İran hökuməti ikinci əl avtomobillərin idxalı ilə bağlı hazırladığı təcili qanun layihəsini təsdiq edib.

Hökumət rəsmiləri avtomobil bazarında tələbin təklifdən dəfələrlə böyük olduğunu bildiriblər.

Qeyd edək ki, İran hökuməti “İran Khodro” və “Saipa” kimi yerli avtomobil istehsalçılarını dəstəkləməklə, avtomobil idxalına sərt qaydalar və ağır vergilər tətbiq edir. Yüz minlərlə insanı işlə təmin edən və ölkənin ən mühüm sektorlarından biri sayılan avtomobil sənayesi 2018-ci ildən ABŞ-ın sanksiyaları altında fəaliyyət göstərir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər