-1 C
Baku
Sunday, December 15, 2024

İran İslam Respublikası mülki şəxslərin öldürülməsini qınayaraq iki tərəfi də təmkinli olmağa çağırıb

İran Azərbaycan və Ermənistanı atəşkəs rejiminə riayət etməyə, beynəlxalq hüquq normaları çərçivəsində danışıqları davam etdirməyə və bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Banker.az “İRNA”ya istinadən xəbər verir ki, bu barədə bazar ertəsi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə məlumat verib .

İran Xarici İşlər Nazirliyinin sözçüsü, hərbi əməliyyatların dayandırılmasının pozulmasından təəssüfləndiyini ifadə edərək, “İran İslam Respublikası həyati infrastruktura, şəhərlərin yaşayış bölgələrinə raket zərbələrini və mülki şəxslərin öldürülməsini qınayaraq iki tərəfi təmkinli olmağa çağırıb.

Xətibzadə qurbanların ailələrinə başsağlığı da verib.

İranı bölgədə davamlı sülhü bərpa etmək üçün danışıqları sadələşdirməyə hazır olduğunu ifadə edərək, bir daha Ermənistan və Azərbaycanın hərbi qüvvələrini işğal olunmuş şəhərlərdən çıxarmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər