13 C
Baku
Saturday, November 23, 2024

İran İsrailin hücumuna məruz qalıb – Yenilənib

09:09 – Təbrizdə partlayış səsi eşidilib, hava hücumundan müdafiə sistemini işə salınıb.

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

İranın dövlət televiziyası isə İsfahan vilayətinin hava məkanında bir neçə kiçik pilotsuz təyyarənin vurulduğunu bildirib.

İran dövlət televiziyası məlumatına görə, İsfahan şəhərində heç bir nüvə obyekti və ya nüvə obyektləri hədəfə alınmayıb.

“Mehr” xəbər agentliyinin məlumatına görə isə İsfahan səmasında 3 kiçik pilotsuz təyyarə vurulub.


09:05 – İsrail ABŞ-yə İranın nüvə obyektlərini hədəf almadığını bildirib.

Bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən bildirib.

İranda baş verən partlayışlar həftə sonu İranın hücumlarına İsrailin cavabıdır.

Rəsmi əlavə edib ki, İsrailin zərbələri “məhdud” xarakter daşıyır və mülki və nüvə obyektlərini yox, İranın hərbi obyektlərini hədəf alıb.


07:04 – İranda yerləşən obyekt İsrailin raket hücumuna məruz qalıb.

Bu barədə “ABC” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.

Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər