İsrailin nüvə mərkəzləri müəyyən edilib və bütün hədəflər haqqında lazımi məlumatlar var.
Bu barədə SEPAH-ın Nüvə Mərkəzlərinin Mühafizəsi və Təhlükəsizliyi Korpusunun komandanı general Əhməd Haq Tələb bildirib.
O qeyd edib ki, İsraildən hücum olarsa, həmin hədəflər İranın ixtiyarında olacaq.
General əlavə edib ki, İran özünün nüvə doktrinasını nəzərdən keçirə bilər.