6 C
Baku
Thursday, January 9, 2025

İran iyunun 30-dək “Mir” ödəniş sistemini tətbiq edəcəyini açıqlayıb

Rusiya və İranın ödəniş sistemlərinin inteqrasiyasının ikinci mərhələsinin 2025-ci il iyunun 30-dək başa çatdırılması planlaşdırılır ki, bu zaman “Mir” kart sahibləri İran ərazisində onlardan mal və xidmətlərin ödənişi üçün istifadə edə biləcəklər.

6 iyul 2024-cü ildə İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin Moskva və Tehranın milli ödəniş sistemlərinin inteqrasiyası üzrə işləri başa çatdırdıqlarını açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın “Mir” sistemi ilə İranın “Şetab”ının birləşdirilməsi üç mərhələdə baş verəcək.

2024-cü il noyabrın 11-də Rusiya və İran ödəniş sistemlərinin inteqrasiyasının birinci mərhələsinə nail olunub, baxmayaraq ki, onun həyata keçirilməsi ilkin olaraq 2024-cü ilin avqust ayının sonuna planlaşdırılıb.

“Mir” kartları Rusiyadan başqa 14 ölkədə işləyir. Onlardan onunda ödəniş sistemi məhdudiyyətlərlə işləyir. “Mir” Abxaziya, Belarus, Kuba və Cənubi Osetiyada məhdudiyyətsiz fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər