İran Kanadadan 10 milyon dollar təzminat tələb edəcək.
Bunu İranın idman nazirinin müavini Sina Kalhor Kanada Futbol Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvinə münasibət bildirərkən deyib.
O bildirib ki, Kanada Federasiyası tərəfindən İran-Kanada görüşünün birtərəfli qaydada ləğvi bir daha göstərdi ki, qeyri-siyasi idman şüarı Qərb ölkələrinin maraqlarına pərdədir.
O öz tvitter hesabında qeyd edib ki, İran Furbol Federasiyası oyunun birtərəfli ləğvinə görə müqaviləyə əsasən 10 milyon dollar təzminat tələb edəcək.