Azərbaycanın İran İslam Respublikasından təzə şəkildə olan kartof idxalının həcmi 2.2 dəfə artıb.
Bu barədə Banker.az rəsmi mənbədən əldə etdiyi məlumatda deyilir.
2021-ci ilin yanvar-mart ayları ərzində İrandan 57.44 min ton həcmində kartof idxal edilib. Bu isə 2020-ci ilin ilk rübü ilə müqayisədə 2.23 dəfə artım deməkdir. Bu barədə Dövlət Statistika Komitəsinin göstərickləridə qeyd edib.
İdxal edilmiş kartofun idxal dəyəri ilin ilk rübündə 13.79 min dollar olub.
Ölkəmizə gətirilən kartofun hər kiloqramı üzrə orta qiyməti 0.24 dollar (0.41 manat) olub.
Xatırladaq ki, 2021-ci ilin ilk rübündə Azərbaycan ümumilikdə 60.27 min ton həcmində, yaxud 14.5 mln. dollar dəyərində təzə kartof idxal edib.






