“Iran Khodro” şirkəti Azərbaycanda “Samand” markalı avtomobilin istehsalına başlayıb

An Iranian worker assembles a Peugeot 206 at the state-run Iran-Khodro automobile manufacturing plant near Tehran, Iran, Saturday, Oct. 11, 2014. Iran-Khodro on Saturday inaugurated the production line of domestically built TU3 engine for Peugeot 206. (AP Photo/Ebrahim Noroozi)

İranın ən böyük avtomobilqayırma şirkəti olan “Iran Khodro” (IKCO) Azərbaycanla əməkdaşlığını genişləndirir.

Banker.az Report-a istinadən xəbər verir ki, şirkət “Samand” modelinin Azərbaycanda istehsalına başlayıb.

Qeyd edək ki, IKCO daha əvvəl Azərbaycanın “AzerMash” ASC avtomobil şirkəti ilə “Xəzər” avtomobil şirkəti birgə müəssisəsini yaradıb. Şirkət Neftçalada yerləşir.

“Xəzər” avtomobil şirkəti artıq “Dena” minik avtomobilini istehsal edir. “IKCO Press”in məlumatına görə, “Samand”ın yeni modelinin istehsalına həftəsonu başlanılıb.