Azərbaycan, İran, Rusiya və və Ermənistan arasında elektrik şəbəkələrinin texniki sinxronlaşdırılmasının davam etdiyi bildirilib və tezliklə bunun baş tutacağını bildirib.
Banker.az İranın IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian deyib.
Rusiya və İran arasında elektrik şəbəkələrinin ilkin sinxronizasiyasının başa çatdığını deyən nazir, əlavə edib ki, elektrik enerjisi əlaqəsinin yaradılması məqsədilə Rusiya, Ermənistan, Azərbaycan və İranın elektrik şəbəkələrinin birgə sinxronlaşdırılması üzrə texniki tədbirlər həyata keçirilməsi ilə bağlı səylər davam edəcək. Bu da İranda elektrik şəbəkəsinin sabitləşməsinə kömək edir.
Nazir əlavə edib ki, islam respublikası layihənin texniki sektorlarını inkişaf etdirməklə məşğuldur.
Mehrabian onu da bildirib ki, elektrik enerjisi mübadiləsi məsələsi bu dörd ölkədən olan iştirakçılar arasında müzakirə etdiyi məsələlər arasındadır.
“Elektrik enerjisinə ehtiyacımız olanda onu Azərbaycandan, Ermənistandan, Türkmənistandan idxal edə bilərik”, – deyən Mehrabian əlavə edib ki, bizdə artıq olan vaxtlarda elektrik enerjisini başqa ölkələrə də müqavilə ilə ixrac edə bilərik.