21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

İran koronavirus əleyhinə vaksinin kütləvi istehsalına başlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Bu gündən İranda koronavirus əleyhinə “CovIranBarakat” vaksininin kütləvi şəkildə istehsalına başlanılıb.

“CovIranBarakat” vaksini planının icraçı müdiri Rza Məzhəri deyib ki, 21 mayadək bu vaksinin istehsalı ayda 20 milyon dozaya yüksələcək.

R.Məzhərinin sözlərinə görə, kütləvi istehsalla əlaqədar iki istehsal xətti nəzərdə tutulub. 1-ci istehsal xəttində istehsal başlanıb və 2-ci istehsal xəttinin də istehsala başlamasına hazırlıq işləri aparılır.

Qeyd edək ki, İranda “CovIranBarakat” koronavirus əleyhinə vaksinin sınaq mərhələsinə ötən il dekabrın 29-da start verilib. Son sınaq mərhələsi isə aprelin 25-də keçirilib.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Trend
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər