21 C
Baku
Friday, July 1, 2022

İran koronovirusa görə ölkədə bir sıra məhdudiyyətlər tətbiq edib

Noyabrın 21-dən İranın bir sıra şəhərlərində hərəkət məhdudlaşdırılacaq.

Banker.az  “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə yeni növ koronavirusla (COVID-19) mübarizə üzrə Milli Qərargah məlumat yayıb.

Bu şəhərlər COVID-19-un yayılma səviyyəsinə görə “qırmızı zona”ya daxildirlər.

Hərəkətə məhdudiyyət iki həftə ərzində hər gün saat 21.00-dan 04.00-a qədər müddəti əhatə edəcək. Eyni zamanda, bu şəhərlərdə bütün özəl və dövlət müəssisələrini əhatə edən karantin rejimi tətbiq ediləcək, yalnız ərzaq mağazaları, xəstəxanalar və apteklərin fəaliyyəti istisna olacaq.

İki həftə ərzində tətbiq olunacaq məhdudiyyətlər Tehran da daxil olmaqla, 150-yə yaxın şəhəri əhatə edəcək.

Son xəbərlər
Oxşar xəbərlər