İran kriptovalyutadan istifadə edəcək.
Bu barədə İranın sənaye və ticarət nazirinin müavini, eyni zamanda Ticarətin İnkişafı Təşkilatının rəhbəri “Twitter” hesabında bildirib.
O, kriptovalyuta ilə ödəniləcək 10 milyon dollarlıq ilk rəsmi sifarişin bu həftə verildiyini açıqlayıb.
Nazir müavininin paylaşımı İranın ABŞ embarqosunu qırmaq üçün kriptovalyutaya keçməsi ilə bağlı suallar yaradıb. Həmçinin belə razılaşmaların davam edəcəyi qeyd edilib.
“Kriptovalyuta ilə ödəniləcək 10 milyon dollar dəyərində ilk rəsmi idxal sifarişi bu həftə uğurla verildi.
Sentyabrın sonuna kimi ölkələrlə xarici ticarətdə kriptovalyutaların və smart müqavilələrin istifadəsini genişləndirməyi hədəfləyirik”, – deyə məlumatda vurğulanır.
Ödənişin hansı kriptovalyuta ilə həyata keçiriləcəyi və ticarətin nədən ibarət olduğu isə açıqlanmayıb.
Nazir müavininin açıqlamasından sonra bitkoin 2% ucuzlaşıb.