İranın nəhəng bankının nümayəndəsi kriptovalyutanı dəstəkləmək mövqeyini seçib. Banker.az Financial Tribune nəşrinə istinadən xəbər verir ki, o, kriptovalyutaları tanımağa və ölkənin bank sistemində istifadə etməyə çağırıb.
“İran rəqəmsal valyutalardan istifadə fəaliyyətini rəsmi olaraq tanımalıdır, çünki hazırda onlar gələcəyin bank işini formalaşdırır. Bankların özü də onlardan istifadə etmək üçün bu sahəyə daxil olmalıdırlar” – deyə İranın Bank Melli Iran (BMI) bankının İnformasiya Texnologiyaları və kommunikasiya üzrə direktorunun müavini Masoud Khatouni bildirib.
Khatouni belə hesab edir ki, ölkənin Mərkəzi bankı mütəmadi olaraq rəqəmsal valyutalara keçid etməlidir və bunun üçün ilk addım daxili rəqəmsal valyutanın yaradılması ola bilər. Bankir kriptovalyutaların uzun müddət sanksiyalar altında qalmış bir xalq üçün faydalı alət olduğunu düşünür.