İran kriptovalyutaya üstünlük verəcək

0

Blockchain texnologiyası, xüsusilə kriptovalyutalar, son bir neçə il ərzində digər ölkələrdə olduğu kimi İranda da məşhur olmağa başlayıb.

İndiyə qədər olan nailiyyətlər, bəlkə də çox əhəmiyyətli olmamışdı, lakin ABŞ öz fəaliyyəti ilə İslam Respublikasında blockchin əsaslı layihələrin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirərək Tehrana kömək etmiş olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xarici KİV-ə istinadən yazır ki, hazırda dövlət dəstəyi ilə ən azı iki virtual valyuta inkişaf etdirilir. Birincinin təşəbbüskarı İran Mərkəzi Bankı (CBI), ikincinin isə İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyi olmuşdur. Hakimiyyətlər, kriptovalyutanı istifadə etməyə hazır olduqlarını açıqladılar. Bundan əlavə, noyabrın 4-də kiberməkanın Ali Şurasının rəhbəri Abolhasan Firuzabadi, İran hökumətinin kriptovalyutaları ayrı bir sənaye sahəsi kimi qəbul etdiyini elan edib.

İranın ölkədə blockchain texnologiyasını inkişaf etdirmək üçün atdığı ən son addım, 14 noyabrda Yerevan şəhərində keçirilmiş “ChainPoint 18” konfransında Rusiya və Ermənistanla üçtərəfli əməkdaşlıq müqaviləsinin bağlaması olmuşdur. Sənəd İran Blockchain Labs şirkətinin rəhbəri Məhəmməd Davatqar, Rusiyanın Kriptoindustriya və Blockchain Assosiasiyasının (RACIB) prezidenti Yuri Pripachkin və Ermənistanın Blockchain Assosiasiyasının prezidenti Viqen Aruşanyan tərəfindən imzalanıb. Müqavilə çərçivəsində tərəflər bilik və təcrübə mübadiləsini həyata keçirmək, qarşılıqlı məsləhətləşmələr aparmaq, birgə işçi qruplarında iştirak etmək və blockchain texnologiyaları haqqında məlumatlılığın artırılması öhdəlikləri öz üzərinə götürüblər.

Pripachkinin sözlərinə görə, müqavilə xarici sanksiyalarla bağlı olaraq İran üçün xüsusilə faydalı ola bilər.

“Bizim məlumatlarımıza görə, SWIFT-in İran versiyası fəal şəkildə inkişaf etdirilir”, – deyə o əlavə edib ki, kripto-iqtisadi alətlər xarici məhdudiyyətləri atmaq üçün effektiv şəkildə istifadə edilə bilər.

5 noyabrda CBI rəhbəri Abdulalnasir Hemmati bildirmişdir ki, mərkəzi bank müxtəlif sanksiyalar ssenarilərinə çoxdan hazırlaşır.

Blockchain əsaslı maliyyə sistemi qızıl və ya digər daha dayanıqlı bir zəmanətlə əlaqələndirilə bilər ki, bu da İran və MDB ölkələri üçün valyuta səbəti olacaq. İranda Blockchain Labs mütəxəssisi Mohammed Tehrani bildirib: “Bu halda, məsələn, İran rialının dəyərdən düşməsi davam edərsə, onun ümumi valyutaya təsiri məhdud olacaq”. Onun fikrincə, daha problemli aspekt kommersiya və hüquqi məsələlərin öyrənilməsidir.

Tehran qeyd edir ki, bu məsələlərlə bağlı danışıqlar keçirilməsə, blockchain əsaslı çoxsəviyyəli maliyyə mesajlarının mübadiləsi sistemi “reallaşmayan bir yuxu” olaraq qalacaq.

Üçtərəfli blockchin müqaviləsinin mətnində maliyyə mesajlaşma xidməti haqqında heç bir məlumat verilməyib. Pripachkinin sözlərinə görə, İran və Rusiya potensial olaraq beynəlxalq ödənişləri asanlaşdırmaq üçün kriptovalyuta alətlərindən istifadə edə bilərlər.

“Lakin Rusiya qanunvericiliyinə əsasən, kriptovalyutanın hüquqi statusunun olmaması səbəbindən bu mümkün deyil”, – deyə o bildirib.

Öz maraqları üçün potensial nəticələri nəzərdən keçirən ABŞ, vəziyyəti yaxından izləyir və İranı kriptovalyutadan istifadə etməsinə mane olmağa çalışır. 11 oktyabrda ABŞ-ın Maliyyə Cinayətlərinin Müdafiəsi Şəbəkəsi, İranın virtual valyutaların istifadəsi ilə bağlı ətraflı məlumat verib.

ABŞ-ın maliyyə nazirliyi isə yaxın vaxtlarda iki iranlını “zərərli fəaliyyət” və qanunsuz ödənişlər üçün bitkoindən istifadə etdiklərinə görə sanksiya ilə təhdid edib. Bu, ABŞ-ın məhdudiyyətlərinin virtual valyuta əməliyyatlarına təsir göstərə biləcəyi ilk haldır.