8 C
Baku
Monday, November 18, 2024

İran Liviyada səfirlik aça bilər

İran xarici işlər naziri Hüseyn Əmir Abullahian Liviya Milli Birlik hökumətinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nəcla Manquş ilə telefonla danışıb.

Telefon danışığı zamanı Tripoli şəhərində İran səfirliyinin açılması perspektivləri müzakirə olunub.

Abdullahian Nəcla Manquşu Tehrana səfərə dəvət edib və qarşı tərəf təklifi qəbul edib. Səfər zamanı ikitərəfli münasibətlərin inkişafı və İranın Liviyada səfirliyinin açılması müzakirə olunacaq.

 

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər