İran Mərkəzi Bankı noyabr sanksiyalarınadək SWIFT-dən çıxmağa çalışır

İran Mərkəzi Bankı

İranın Mərkəzi Bankı noyabr sanksiyaları tətbiq olunanadək beynəlxalq banklararası hesablaşma və məlumat mübadiləsi sistemi olan SWIFT-dən çıxmağa və digər maliyyə sisteminə keçməyə çalışır.

Banker.az-ın Trend-ə istinadla məlumatına görə, İran Mərkəzi Bankının rəsmisi bildirib.

Mərkəzi Bankın ABŞ-ın Xəzinədarlıq Departamentinin sanksiyalar tətbiq etməsindən sonra bank əlaqələrini davam etdirmək istiqamətində SWIFT-dən çıxmaq və alternativ sistemə daxil olmaq proqramı var:

“Bu proqram istiqamətində göstərilən səylərin uğurla nəticələnəcəyinə ümid edirik”.

SWIFT 1973-cü il may ayında yaradılıb. Sistemin ABŞ, Hollandiya, İngiltərə və Honkonq mərkəzləri fəaliyyət göstərir. Bu səbəbdən ABŞ Dövlət Departamenti İran banklarının xarici banklara maliyyə dövriyyələrini müşahidə edə və asanlıqla İrana qarşı sanksiyaları pozan tərəfləri cərimələyə bilir.