İran Məclisinin komitəsi Hörmüz boğazı ilə bağlı qanun layihəsini təsdiqləyib

İran Məclisinin (birpalatalı parlamentin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunmasına dair yeni qanun layihəsini təsdiqləyib.

Bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

“Parlamentin Milli Təhlükəsizlik Komitəsində “Hörmüz boğazının və Fars körfəzinin təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi üzrə strateji tədbirlər haqqında” qanun layihəsi təsdiqlənib”, – deyə məlumatda qeyd olunub.

Avqustun 7-də İran parlamentinin Rəyasət Heyətinin üzvü Əlirza Səlimi bildirib ki, İran parlamenti ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsinə baxır.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər