11 C
Baku
Monday, November 18, 2024

İran Məhkəmə sistemi Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verilmədiyini bildirib

Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi məhkəmənin icraatına verilib.

Bu barədə İranın Ədliyyə və Məhkəmə Sisteminin sözçüsü Məsud Satayşi deyib.

Azərbaycan Respublikasının Tehrandakı səfirliyində terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsi barədə xəbərlərə münasibət bildirən Məsud Satayşi, hələ ki məhkəmənin keçirilmədiyini və hökmün çıxarılmadığını qeyd edib.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov”la silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri yaralayıb. Terrorçunu elə səfirliyin mühafizə xidmətinin digər əməkdaşı zərərsizləşdirib. Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər