20 C
Baku
Wednesday, May 29, 2024

İran maynerləri elektrik enerjisindən məhrum edəcək

İran iyunun 22-dən qeydiyyatdan keçmiş 118 mayninq şirkətini elektrik enerjisindən məhrum edəcək. Ölkənin energetika naziri Mustafa Rəcəbinin sözlərinə görə, tələbatın mövsümi artımı fonunda elektrik şəbəkəsindəki yükü azaltmağa çalışır.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Mustafa Rəcəbi izah edir ki, ötən həftə ölkədə 62.5 min Mvt enerji istehlak olunub. O əlavə edib ki, cari istehlak 63 min Mvt-ı keçə bilər, bu da elektrik enerjisinin tədarükünü məhdudlaşdırmağa məcbur edir.

İran hökuməti mayninqə 2019-cu ildə icazə verib. Çox sayda şirkət ucuz elektrik enerji sayəsində ölkə daxilində kriptovalyuta hasil etməyə başlayıb. 2020-ci ilin yanvar ayında Sənaye, Mayninq və Ticarət Nazirliyi kriptovalyuta istehsalı üçün 1000-dən çox lisenziya verib.

Qeydiyyatdan keçmiş şirkətlərlə yanaşı, bəzi qanunsuz maynerlər də məişət elektrik enerjisindən istifadə etməyib başlayıb. Bu, ölkənin elektrik sənayesi üçün problemlər yaradıb.

2021-ci ilin may ayının sonundan oktyabr ayına qədər İranda mayninq təsərrüfatlarının fəaliyyətinə qadağa qoyulub. Artan elektrik istehlakı və su elektrik stansiyalarının tam gücü ilə işləməsinə mane olan quraqlıq fonunda bir neçə böyük şəhərdə elektrik kəsilməsi baş verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər