19 C
Baku
Friday, October 4, 2024

İran Milli Bankının Azərbaycandakı filialı bank status ala bilər

İran Milli Bankı Azərbaycandakı filialının statusunu törəmə bank statusuna qədər yüksəltmək niyyətindədir. Bu barədə İran Mərkəzi Bankının Beynəlxalq Departamentinin direktoru Hüseyn Yaqubi bəyan edib.

“Biz istəyirik ki, Milli Bankın Azərbaycandakı filialı müstəqil fəaliyyət göstərən “törəmə”yə çevrilsin”, – deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Onun sözlərinə görə, artıq Bakı və Tehran bu və bir sıra digər məsələlərin öyərnilməsi ilə məşğul olacaq işçi qrupu yaradıb.

“Azərbaycan tərəfi bu məsələyə baxacağını bəyan edib. Biz də öz növbəmizdə İran Milli Bankının təşəbbüsünü dəstəkləyirik”, – deyə H.Yaqubi vurğulayıb.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər