İran Mərkəzi Bankı ölkədə “Mir” kartı ilə ödənişlərin rusiyalılar üçün əlçatan olduğunu açıqlayıb. Əməliyyatlar həmçinin “Mir Pay” tətbiqi vasitəsilə təmassız ödəniş texnologiyası (NFC) və smartfonlar vasitəsilə həyata keçirilə bilər.
“Hazırda İran ödəniş şəbəkəsində NFC ödənişləri mövcuddur. Bu funksiya həmçinin “Shetab” və “Mir” şəbəkələrinin inteqrasiyası çərçivəsində “Mir Pay” tətbiqi vasitəsilə keçərlidir”, – mesajda deyilir.
Yeni funksiyalar Rusiya və İranın ödəniş sistemlərinin inteqrasiya prosesinin ikinci hissəsi olub. Növbəti mərhələdə iranlılar üçün Rusiyada “Shetab” ödəniş sisteminin işə salınması planlaşdırılır.