İran müdafiə nazirinin müavini Azərbaycana səfərə gəlib.
Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycana üç günlük səfəri çərçivəsində admiral Əmir Rastegarinin “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin nümayəndələri ilə ikitərəfli və bir sıra görüşləri nəzərdə tutulub.