2 C
Baku
Saturday, December 14, 2024

İran müharibə elan edə bilərmi? İqtisadiyyata dair 6 qrafik təsvir

Çərşənbə axşamı günü İran İslam İnqilabı Keşikçiləri Korpusu, general Qasım Süleymaninin öldürülməsinə görə ABŞ-dan qisas alacağını bildirib.

Banker.az xəbər verir ki, bununla bağlı İrandan qərbdəki Eynül-Əsəd bazasına və Ərbildəki bazaya raket hücumları təşkil olunub. Vaşinqtonun verdiyi məlumata görə, hücum nəticəsində heç kim xəsarət almayıb. 

Yaxşın Şərq regionundakı gərginlik, sərmayəçilərin narahatlığına səbəb olub. Belə ki, mövcud vəziyyətin bazarlara təsir göstərəcəyi və hətta müharibə ilə nəticələnə biləcəyi güman edilir. 

Hər iki tərəf müharibədə maraqlı olmadıqlarını bildirib. 

Bundan əlavə, geosiyasi məsələlər üzrə ekspertlərin çoxu qeyd edirlər ki, İran uzun illər davam edən sanksiyalar nəticəsində İslam Respublikasının iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəifləyib və o, müharibə etməyə hazır deyil. 

İran iqtisadiyyatının vəziyyəti ilə bağlı yenilənmiş rəsmi məlumat olmasa da, aşağıdakı qrafiklər ölkənin müharibəyə nə qədər hazır olduğunu göstərir. 

İqtisadiyyatın resessiya vəziyyətində olması

Xatırladaq ki, daha əvvəl ABŞ İrana qarşı iqtisadi sanksiyalar tətbiq etmişdir. Bunun səbəbi İslam Respublikasının nüvə proqramını inkişaf etdirməsi idi, bu faktor ölkə iqtisadiyyatına mənfi təsir göstərib. 

unnamed 5

ABŞ-ın hazırkı prezidenti Donald Tramp, 2018-ci ildə İrana qarşı yeni sanksiyalar tətbiq edib ki, bu da iqtisadiyyatın vəziyyətini daha da pisləşməsinə səbəb olub. 

Neft sektorunun ixtisarı

İran neft ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Ölkə iqtisadiyyatının və dövlət gəlirlərinin artım tempi də məhz neft sənayesi ilə bağlıdır. 

unnamed 6

Buna baxmayaraq, amerikan sanksiyaları arasında neft ticarətinin məhdudlaşdırılması maddəsi də var idi ki, 2018-ci ildə Tramp bu məhdudiyyətləri yenidən bərpa etdi. 

BVF-nun analitikləri ölkədə neft sektorunun ixtisarını gözləyirlər. 

Ticarətin ixtisarı

Neft ixracının azalması və iqtisadiyyatın digər sektorlarına qoyulan beynəlxalq məhdudiyyətlər (bank, dağ-mədən, dəniz daşımaları sektorları), ölkədə ümumi ticarətin ixtisarı ilə nəticələnib.  

unnamed 1BVF-nun verdiyi məlumata görə, 2020-ci ildə İranın idxalı ixracı üstələyəcək. 

İnflyasiya və yaşayışın get-gedə bahalaşması

İran Milli Bankı rial məzənnəsini 42 000 səviyyəsində qoruyub saxlamağa çalışsa da, ABŞ ilə münasibətlərdə yaşanan gərginlik səbəbindən qeyri-rəsmi bazarda ölkənin milli valyutası daha zəif olmuşdur – 140 000 rial. 

unnamed 4Valyutanın zəifləməsi inflyasiya səviyyəsinin qalxmasına gətirib çıxarıb. Dünya Bankının qiymətləndirmələrinə görə, 2019-cu ilin mayında İranda inflyasiya səviyyəsi artıq 52% çatmışdır. 

İşsizlik səviyyəsinin yüksək olması

İqtisadiyyatdakı durğunluqdan (staqnasiyadan) xəbər verən amillərdən biri də işsizlik səviyyəsinin yüksək olmasıdır. 

image2Bu, yoxsulluğun artmasına gətirib çıxarıb. Analitiklər qeyd edirlər ki, İranda yoxsulluğun səviyyəsi alıcılıq qabiliyyəti gündə 5,50 dollardan aşağı olan əhalinin nisbi payına görə hesablanır. 2013-cü ildə bu göstərici 8,1%, 2016-cı ildə isə 11,6% artmışdır. 

Büdcə kəsirinin artması

İran hökuməti ölkə iqtisadiyyatını gücləndirmək imkanı yoxdur. 

Maliyyə problemləri İranın müharibəyə başlamaq imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Lakin buna baxmayaraq, ekspertlər İranın Yaxın Şərq regionundakı amerikan qoşunlarına qarşı aqressiya aktlarını həyata keçirə biləcəyini güman edirlər. 

Son xəbərlər
Digər xəbərlər