17 C
Baku
Wednesday, October 22, 2025

İran naziri: “Rəşt-Astara layihəsi Bakı və Moskva ilə icra mərhələsinə qədəm qoyur”

İran, Azərbaycan və Rusiya nümayəndələrinin Bakıda keçirilən üçtərəfli görüşü Rəşt-Astara dəmir yolu layihəsinin və digər tranzit layihələrinin irəliləməsində mühüm addımdır.

Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib.

O qeyd edib ki, görüş beynəlxalq Şimal-Cənub dəhlizlərinin birləşdirilməsi və inzibati maneələrin aradan qaldırılması üçün səmərəli platforma yaradıb.

Sadiq jurnalistlərə açıqlamasında xatırladıb ki, görüş zamanı üç ölkə eyni vaxtda dəmir yolu və liman infrastrukturunun inteqrasiyasını müzakirə edib, texniki koordinasiya və layihələrin planlaşdırılması ilə bağlı razılıqlar əldə olunub. Onun sözlərinə görə, bu əməkdaşlıq İranın Şimal-Cənub beynəlxalq dəhlizi boyunca iqtisadi mövqeyini möhkəmləndirə və yüklərin tranzit imkanlarını artıra bilər.

Qeyd edək ki, Rəşt-Astara marşrutu bu dəhlizdə ən mürəkkəb və həyati vacib həlqələrdən biri sayılır.

Son xəbərlər
Digər xəbərlər