Sanksiyalar ləğv olunsa, İran neft ixracını dördqat artıracaq.
Bu açıqlama ilə İran Neft Nazirliyinin rəsmi nümayəndəsi Mənsur Moəzzəmi çıxış edib. Onun sözlərinə görə, hazırda İranın gündəlik neft ixracı 1,2 milyon barreldir:
“Sanksiyalar ləğv olunsa, biz istehsalı gündə 3,8 milyona çatdıracağıq. Bu rəqəm sonralar 4,7 milyon barrel olacaq. Qaz hasilatımız isə 200 milyon kubmetrə qaldırılacaq”.
Axar.az