6 C
Baku
Saturday, December 14, 2024

İran neft hasilatının səmərəliliyinin artırılmasına 1.2 mlrd. dollar sərmayə yatıracaq

İran hökuməti neft hasilatının səmərəliliyinin artırılmasına 1.2 milyard dollar investisiya qoymaq niyyətindədir ki, bu da istehsal həcmini gündə 100 min barel, ixracat gəlirlərini isə 1.5 milyard dollar artıracaq.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin neft naziri Bijan Namdar Hangane məlumat yayıb.

Çıxışı zamanı nazir İranın sanksiyalar şəraitində neft ixracı sahəsindəki inkişafının iki il əvvəlki uğurlarla müqayisəedilməz olduğunu qeyd edib. Məqsədə çatmaq üçün səlahiyyətlilər yerli şirkətlərlə müqavilələr imzalayıblar. Lazımi avadanlıqların demək olar ki, dörddə üçü (72%) İran daxilində alınacaq.

Nazirin sözlərinə görə, İranda xam neft hasilatının səmərəliliyinin 1% artırılması ölkəyə təxminən 300 milyard dollar qazandıracaq. Hagane əlavə olaraq bildirib ki, 1997-ci ilə İranın neft-kimya sənayesindəki gəliri 2 milyard dollar olub və 2013-cü ilə qədər 11 milyard dollara çatıb. Hökumətin proqnozuna görə, 2022-ci il martında (İran təqviminə görə ilin sonu) ölkə 25 milyard dollar qazanacaq.

Xatırladaq ki, 2015-ci ilin iyulunda İran, ABŞ, İngiltərə, Rusiya, Çin, Fransa və Almaniya arasında “nüvə sazişini” imzalandı. İki il sonra ABŞ prezidenti Donald Tramp Tehranı nüvə və raket proqramı ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə günahlandıraraq, İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə başladı.

Məhdudiyyətlərdən biri İran neftinin ixracı ilə əlaqəli olub.

Son xəbərlər
Digər xəbərlər