10 C
Baku
Friday, December 13, 2024

İran neft ixracatına məhdudiyyətləri ləğv etdirmək niyyətindədir

İran nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) çərçivəsində danışıqların növbəti mərhələsində neft ixracatına dair mövcud məhdudiyyətlərin ləğv olunması məsələsi qaldırılacaq.

Bu barədə İran xarici işlər naziri Əmirhüseyn Abdullahiyan bildirib.

Nazirin fikrincə, danışıqlar zamanı “İranın öz neftini asanlıqla, maneəsiz sata biləcəyi, gəlirin də İranın bank hesablarına oturacağı bir vəziyyətə nail olunmalıdır”. JCPOA-ya qayıdacağı təqdirdə iqtisadi baxımdan müvafiq güzəştlər gözlədikləri də qeyd olunub.

Xatırladaq ki, JCPOA-ya dair danışıqlar bu gündən etibarən Vyanada davam etdiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər