11 C
Baku
Wednesday, November 13, 2024

İran neft ölkələrinə şərt qoydu

İran gündəlik neft istehsalını 4 milyon barrelə çatdıranadək hasilatı “dondurmaq”la bağlı danışıqlara qoşulmayacaq.

Bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib. Onun sözlərinə görə, ölkəsinin gündəlik neft hasilatı 4 milyon barrelə çatdıqdan sonra hasilatı “dondurmaq”la bağlı danışıqlara başlayacaq.

Qeyd edək ki, əsas neft hasilatçısı olan ölkələrin mart ayına planlaşdırılan görüşü təxirə salınıb. Bu toplantı aprel ayında baş tuta bilər. Görüşün Moskvada və ya Dohada keçirilməsi planlaşdırılır. İran artıq görüşə qatılmaqdan imtina edib.

AzVision.az

Son xəbərlər
Digər xəbərlər