6 C
Baku
Saturday, December 14, 2024

İran nüvə enerjisinin istehsalını artırmağı planlaşdırır

İran 2041-ci ilədək 17 000 meqavat nüvə enerjisi istehsal edəcək.

Bunu İranın Atom Enerji Təşkilatının sədri Məhəmməd İslami deyib.

O bildirib ki, ötən il Buşəhr Atom Elektrik Stansiyasından istifadə edilməklə 80 milyon barel neftə qənaət olunub.

Onun sözlərinə görə, Atom Elektrik Stansiyasının istehsal etdiyi elektrik enerjisi ölkənin enerji çatışmazlığını aradan qaldıracaq.

Məhəmməd İslami ölkə büdcəsindən Atom Elektrik Stansiyalarının inkişaf etdirilməsi üçün maliyyə ayrıldığını vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər